ABŞ dollarının türk lirəsinə nisbətən məzənnəsi bugünkü ticarət sessiyasında 3,9477 səviyyəsinə çatıb.

“APA-Economics” xəbər verir ki, beləliklə, USD/TL məzənnəsi cari ilin yanvarın 1-də qeydə alınan maksimumu, yəni 3,4922 səviyyəsini aşıb.

Bakı vaxtı ilə saat 10:14 etibarilə USD/TL cütlüyü 3,9440 səviyyəsində ticarət olunur.

Avronun türk lirəsinə nisbətən məzənnəsi isə 4,6344 səviyyəsindədir.