Türk Hava Yolları (THY) aviaşirkəti sentyabrın 22-dən başlayaraq ölkə daxilində həyata keçirdiyi uçuşlarda sərnişinlərə yemək və içki verilməsini bərpa edəcək.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə THY-nin baş direktoru Bilal Ekşi sosial şəbəkə hesabında paylaşım edib.

Xatırladaq ki, yeni növ koronavirus infeksiyası səbəbindən Türkiyədə tətbiq olunan məhdudiyyətlər çərçivəsində aviareyslərdə bir sıra xidmətlər, o cümlədən sərnişinlərə yemək və içki verilməsi dayandırılmışdı. Bu məhdudiyyətlərin nəzarətli qaydada aradan qaldırılması hazırda virusa qarşı tətbiq olunan peyvənd sayının 105 milyon dozanı ötməsi ilə əlaqədardır.