2019-cu ilin 1-ci rübü üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 672 milyon dollar təşkil etmişdir.

Bu,2019-cu ilin I rübü üzrə Azərbaycan Respublikasının tədiyə balansında bildirilir.Hesabat dövrü ərzində turizm xidmətləri üzrə idxalın həcmi 352 milyon dollar, ixracın həcmi isə 319 milyon dollar təşkil etmişdir (Nəticədə 33 milyon dollar kəsir yaranıb).

2019-cu ilin I rübü ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 1.2 milyon  nəfər, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 610.8 min nəfər olmuşdur.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyərinin 80%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.

Xəbər verdiyimiz kimi, 2019-cu ilin I rübü üzrə tədiyə balansıda 1.6 mlrd. dollar profisit yaranıb. Ümumi profisiti həm neft qiymətinin yüksək olması,həm də Cari Əməliyyatlar Balansında yaranmış müsbət tendensiyalar hesabına formalaşmışdır.

@Marja