Tramp: Ümid edirəm ki, Fed rəsmiləri başqa bir xəta etməzlər
ABŞ Prezidenti Donald Tramp, Fed-i Çərşənbə günü başa çatacaq Dekabr iclasında faiz artırmamağa çağırıb.
Tramp çağırışını təkrar edərək “Bazarda daha çox likvidlik çatışmazlığına yol verməyin”,- deyib.
“Marja” xəbər verir ki, “Twitter”dən açıqlama verən Tramp, Fed rəsmiləri ilə əlaqədar olaraq, “Ümid edirəm ki başqa bir xəta etməzlər”,-deyib.
Fed, qərarını Çərşənbə günü Bakı vaxtı ilə saat 23:00-da açıqlayacaq. Fed-in faiz artıracağı gözlənilir.
ABŞ Prezidenti Donald Tramp dünən də sosial media platforması “Twitter”dən verdiyi açıqlamada “Fed-in faiz artırmağı düşünməsi belə ağlasığmazdır” demişdi.
Tramp, “Dolların güclü, demək olar ki, inflyasiyanın olmadığı və dünyanın çalxalandığı, Parisin yandığı, Çinin pis vəziyyətdə olduğu” bir dövrdə Fed-in faiz artırmağı qiymətləndirməsinin belə “ağlasığmaz” olduğunu bildirib.