ABŞ prezidenti Donald Tramp bu günlərdə özünün köhnə düyməli telefonunu dəyişmək qərarına gəlib və yeni “iPhone” modelinin sahibi olub.

İKT.lent.az-ın “The Verge” portalına istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Den Skavino bildirib.

D. Skavino deyib ki, Donald Tramp qəti olaraq öz köhnə telefonunu dəyişmək qərarına gəlib və populyar ABŞ brendi “Apple”ın müasir smartfonundan istifadə edəcək.

 

Məlum olub ki, Tramp artıq 2 həftədir müasir cihazdan istifadəni öyrənir və artıq “tvit”lərini yeni smartfonunda yazır. “Twitter” istifadəçiləri son günlər prezidentin “tivt”lərinin “Apple”ın smartfonundan göndərildiyini müşahidə etmişdilər və bu “tvit”lərin dövlət başçısı tərəfindən yazıldığına dair şübhələrini dilə gətirmişdilər.

 

D. Trampın təhlükəsizlik məqsədilə “iPhone” işlətməyə razılaşdığı bildirilir.