ABŞ Honkonqla bağlı yaranmış vəziyyətə görə Çinə qarşı sanksiya tətbiq etməyi nəzərdən keçirməyib.

APA xəbər verir ki, bunu prezident Donald Tramp “Newsmax TV” telekanalına müsahibəsində deyib.

“Mən bu barədə düşünməmişəm”, – deyə Tramp onun ÇXR-ə və ya şəxsən Si Cinpinə qarşı sanksiya tətbiqi barədə düşünüb-düşünməməsi ilə bağlı sualın cavabında bildirib.