ABŞ Prezidenti Donald Tramp, 2020-ci ildə ABŞ-da keçiriləcək G-7 Sammitinin Miamidə öz otelində keçirilməsindən imtina etdiyini açıqlayıb. 

“Marja” xəbər verir ki, ABŞ Prezidenti  Donald Tramp “Twitter” hesabından verdiyi açıqlamada, medianın və Demokratların, bu məsələnin lazımsız yerə çox üstünə getdiyini qeyd edərək, “Artıq Miamidəki “Trump National Doral”ı 2020-də keçiriləcək G-7 Zirvəsi üçün düşünmürük. Yeni yerlər axtarmağa başlamışıq”, -ifadələrini istifadə edib.

10-12 İyun 2020-ci il tarixlərində ABŞ-da keçiriləcək G-7 Sammitinin Trampın Miamidəki otelində təşkil ediləcəyi bildirilmişdi. Sözügedən qərar, Amerika ictimaiyyətində və mediasında geniş əks-sədaya səbəb olmuş və etik qaydalara riayət edilmədiyi iddiası ilə müzakirə edilirdi.