Avropa Komissiyasının sədri Jean Claude Juncker, ABŞ Prezidenti Donald Trampın gələn həftə Avropa avtomobillərinə daha əvvəl təhdid etdiyi kimi əlavə gömrük vergiləri tətbiq etməyəcəyini bildirib.

 

Juncker , “Trampın başı bir az qarışıqdır, amma heç bir avtomobil vergisi olmayacaq. Bunu etməyəcək. Mövzu haqqında dəqiq məlumata sahib biri ilə danışırsınız”, – “Suddeutsche Zeitung” qəzetinə bildirib.