Donald Trump Jr. ve Eric Trump’
ABŞ-ın keçmiş prezidenti Donald Tramp və övladları “daşınmaz əmlak sektorunda bir çox şəxs və qurumu aldatdıqları” iddiası ilə cərimələnib.
Marja.az xəbər verir ki, Hakim Artur Enqoron uzun müddətdir ictimaiyyəti zəbt edən iş üzrə qərarını açıqlayıb.
Donalda Tramp 354,9 milyon dollar, onun övladları hər biri 4 milyon dollar, şirkətin keçmiş baş maliyyə direktoru isə 1 milyon dollar cərimə olunub. Onlar “daşınmaz əmlak sənayesində saxta sövdələşmələr apardıqlarına və bir çox şəxs və qurumu aldatdıqlarına” görə cərimələniblər.
Bu iş üzrə ümumi məbləği 364 milyon dollar olan cəriməyə əlavə olaraq, Trampa üç il, övladlarına isə Nyu-Yorkda öz şirkətlərində yüksək vəzifəli vəzifələrdə işləmək və banklardan kredit götürmək iki il müddətinə qadağan edilib.
Tramp 2023-cü il oktyabrın 2-dən etibarən Nyu-Yorkda keçirilən dinləmələrdə dəfələrlə iştirak edib, baxmayaraq ki, buna məcbur olmasa da, ona qarşı irəli sürülən ittihamları rədd edərək, işin “siyasi motivlərlə” açıldığını bildirib.