Yaponiyanın avtomobil istehsalçısı Toyota Motor, davam edən zəlzələlər nəticəsində tədarük zəncirinin kəsilməsi səbəbindən ölkədə dayandırılan avtomobil istehsalını hələ də bərpa edə bilmir.
Marja.az xəbər verir ki, bu barədə jurnalistlərə şirkətin prezidenti Koji Sato məlumat verib.
İlkin olaraq yanvarın 8-də ölkədə montaj zavodlarının işə salınması nəzərdə tutulsa da, təbii fəlakət səbəbindən bu planlardan imtina edilməli olub. “Biz ehtiyat hissələrinin vəziyyətini qiymətləndirəcəyik və qərar qəbul edəcəyik”, – Sato deyib.
Sato vurğulayıb ki, şirkət həftənin sonuna kimi istehsalın başlanması vaxtını müəyyən etməyi planlaşdırır. Onun sözlərinə görə, bir çox ehtiyat hissələri təchizatçıları hazırda ölkənin mərkəzi hissəsində baş verən zəlzələlərin nəticələrinə görə tam fəaliyyət göstərə bilmir.