“TikTok” bəzi istifadəçilərə üç dəqiqəyə qədər davam edən video yükləməyə icazə verib.

Banker.az “VC.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkətin sosial media direktoru Mett Navarra məlumat verib.

Xatırladaq ki, hal-hazırda “TikTok”da video üçün məhdudiyyət bir dəqiqə təşkil edir. “The Verge” nəşriyyatının yazdığına görə, bu optimal seçimdir: qısa roliklər asanlıqla növbəti videoya keçməyə imkan verir.

Lakin üç dəqiqə müəlliflər üçün treyler və ya make-up dərslərini çəkib paylaşmaq üçün əlavə fürsət yaradır. “TikTok” bununla bağlı hələ heç bir açıqlama verməyib.