Bu gün səhər Gürcüstanın ən iri banklarından olan “Liberty Bank”ın (əvvəllər Gürcüstan Xalq Bankı) Tbilisidəki filiallarından birinə silahlı hücum törədilib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, hadisə nəticəsində bankın 2 əməkdaşı yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hücum edənlərin dəqiq sayı məlum deyil və onlar hadisə yerindən uzaqlaşıblar. Hələlik pul oğurlanıb-oğurlanmadığı bəlli deyil.

Hadisə yerinə polis cəlb olunub, əməliyyat axtarış tədbirləri görülür.