Bu gün iyulun 24-də Mərkəzi Bankın keçirdiyi növbəti depozit hərracı yekunlaşıb. Fins.az xəbər verir ki, hərracda depozitlərə tələb 676 milyon manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.
Xatırladaq ki, Mərkəzi Bank 200 milyon manat cəlb edəcəyini bəyan etmişdi. Beləliklə, son hərracda tələb təklifi 3 dəfədən çox üstələyib.
Bundan əvvəlki hərracda isə bu nisbət 6 dəfə çox olmuşdu.