Kreditplaza.az saytı xarici mənbəyə istinadən xəbər verir ki, SWIFT şirkəti dünya birliyində bitkoin virtual valyuta və kağız valyutalar arasında gələcək münasibətləri təhlil edən yeni araşdırma dərc edib.

“Virtual valyutalar: Mübadilə və ya spekulyativ aktiv” başlıqlı araşdırma, bitkoin kimi virtual valyutalar və  mövcud kağız valyutalar arasında dinamik münasibətləri nəzərdən keçirir.

Alimlər belə qənaətə gəliblər ki, virtual valyutalar çətin ki kağız valyutaları bazradan sıxışdıracaqlar. Bitkoin  əsasən spekulyativ investisiyalarda istifadə olunur –  bitkoinin qiymətlərinin və istifadəçilərin qeydiyyat yazılarının empirik təhlili göstərir ki, bitkoinlər əsasən, mübadilə vasitəsi kimi deyil, spekulyativ investisiyalar kimi istifadə edilir.

Tədqiqatın nəticələrində  bildirilir ki, bitkoinlər  pul-kredit, maliyyə və iqtisadi sabitlik üçün bilavasitə risk yaratmır.

Araşdırmalar göstərir ki, əksinə deyil,  kağız valyutalar bitkoinləri sıxışdırırlar, virtual valyuta bazarının həcmi və dizaynı isə onu mübadilə vasitəsi kimi istifadə imkanından məhrum edir.

Lakin  əgər bitkoin və ya digər virtual valyutaların istifadəsi qlobal miqyasda xeyli artacaqsa, onda bu pul-kredit siyasətinin aktuallığı üçün ciddi nəticələr verə bilər, çünki desentralizasiya olunmuş virtual valyutalara tənzimləyici nəzarət çətin olacaq.