Silikon vadisinin böyük investorları, süni intellekt sahəsində tədqiqat və araşdırma ilə məşğul olacaq   OpenAI adlı qeyri- kommesiya təşkilatı yaradıblar. Kreditplaza.az saytının xarici mənbələrdən əldə etdiyi məlumatlara görə bu layihə $1 mlrd. miqdarında investisiya cəlb edib.

OpenAI-nin fəaliyyətini  Tesla Motors-un  baş direktoru İlon Mask, Y Combinator şirkətinin prezidenti Sem Altman, LinkedIn-in yaradıcılarından biri Reyd Hoffman, bençur kapitalisti Piter Till və  Y Combinator-un tərəfdaşı Jessika Livingstoun  kimi məşhur sahibkarlar maliyyələşdirəcəklər.
OpenAI-nin nümayəndələri təşkilatın nəyə görə qeyri-kommersiya yönümlü olmasını belə izah ediblr ki, bu təşkilatın işləri və patentləri hamıya açıq olacaq, texnologiyaları isə onlar digər şirkətlərlə birlikdə araşdırıb tətbiq edəcəklər.
Hal-hazırda  süni intellekt sahəsində  Google, Facebook və Microsoft daxil olmaqla bir çox nəhəng İT-korporasiyaları araşdırma aparırlar. Onlar mütəmadi olaraq öz tədqiqatlarının nəticələri  barədə Open Source prinsipləri əsasında məlumat yayırlar. Tədqiqatçılar  süni intellekti maşın təlimi, xüsusi ilə də  “dərin təlim” (Deep learning) texnologiyası əsasında yaratmağı planlaşdırırlar.
Qeyd etmək lazımdır ki, bir çox ekspertlər, Mask da daxil olmaqla, bu cür texnologiyaların inkişafı ilə bağlı öz narahatçılıqlarını bir neçə dəfə ifadə ediblər.Misal üçün, Microsoft şirkətinin yaradıcısı Bill Geyts bu ilin əvvəlində  Ask  Me Anything  mətbuat konfransında deyib ki, doğrudan da bu sual onda ciddi narahatçılıq doğurur.
Amma bir çox digər məşhurlardan  fərqli olaraq o uzaq gələcəkdən qorxur, yaxın perspektiv onu
bir o qədər narahat etmir: “ Mən o düşərgədəyəm ki, onun nümayəndələri məhz superintellekt sistemlərindən qorxur. Əvvəlcə maşınlar bizim əvəzimizə böyük həcmdə işləri görəcəklər,amma onlar o qədər də ağıllı olmayacaqlar”.
“Əgər biz doğrudan da vəziyyətdən düzgün istifadə edə bilsək, bu  pozitiv bir faktordur – Bill Geyts deyib, amma həmən dəqiqləşdirmə edib – Bir neçə onillikdən sonra maşın səviyyəli süni intellekt  real olaraq narahatçılıqların əsası olacaq. Mən Elon Maskla  və digərləri ilə bu sualla bağlı tam razıyam və bir çoxlarının buna əhəmiyyət verməməsinə heyrətlənirəm”
Elon Mask özü əvvəllər qeyd edib ki, süni intellekt yaradılması üzrə aparılan tədqiqatlar bəşəriyyətin gələcəyi üçün təhlükə yaradır. O bəyan edib ki, süni intellekt sahəsində aparılan araşdırma və tədqiqatlar qlobal miqyasda gölənilməz fəsadlara gətirib çıxara bilər və  buna görə də bu sahənin tənzimlənməsi lazımdır. Teoriyaçı fizik Stiven Hoking isə daha kəskin çıxış edib. Onun sözlərinə görə süni intellekt “bəşəriyyətin mövcudluğuna son qoya bilər”.
Microsoft şirkətinin tədiqatlar şöbəsinin rəhbəri Erik Joell Horvic isə robotlarla bağlı tamam əks fikirdədir. “ Mən hesab etmirəm ki, nəsə pis bir şey baş verə bilər. Mən fikirləşirəm ki, biz ehtiyatla və ağılla hərəkət edəcəyik və süni intellektin inkişafı insan fəaliyyətinin bütün sahələri üçün böyük fayda verəcəkdir” .