“Cool Amphibious Manufacturers International” ABŞ şirkəti artıq uzun illərdir ki, suda üzən və şose ilə şütüyən avtobus-amfibiyanın layihəsi ilə məşğuldurlar.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, onlardan biri də təcrübədən keçmiş və sərnişinlərin etibarını qazanmış “Hydra-Terra” avtobus-amfibiyadır. Layihə müəllifləri əmindirlər ki, orijinal konstruksiyaya malik universal nəqliyyat vasitəsi elə materialdan düzəldilib ki, onu batırmaq mümkün deyil.

“Hydra-Terra”nın salonunda 50-dək sərnişin daşına bilər. Maşının qiyməti 379 min dollardır.