Kreditplaza.az saytı xəbər verir ki,ABŞ Federal ehtiyat sisteminin rəhbərliyi 0,25% baza faiz dərəcəsinin artırılması barədə elan edib.

FES-in açıq bazar (FOMC) üzrə federal komitə dekabrın 15-16-də keçirilmiş ikigünlük iclasının yekunlarına əsasən, son 9 ildə ilk dəfə olaraq monetar siyasətin sərtləşdirilməsi üzrə qərar qəbul edib.

Baza faiz dərəcəsi sonuncu dəfə 2006-ci ildə ABŞ-da maliyyə böhranı ərəfəsində, artırılmışdır. Gələcək tendensiyalara üzrə faiz dərəcələrinin səviyyəsinə, amerika iqtisadiyyatı ilə bağlı açıqlanan yenilənmiş proqnozunda qeyd edilir ki, faiz dərəcələri 2016-ci ildə ABŞ-da daha 4 dəfə artırıla bilər.