Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təbii qazın alınması məqsədi ilə Rusiyanın “Qazprom” şirkətinə müraciət edib və hazırda qarşı tərəfdən cavab gözləyir.

Bunu jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev  deyib.

R.Abdullayev alınması nəzərdə tutulan qazın həcmini də açıqlayıb: “Bizə 3-5 mlrd. kubmetr qaz lazımdır. Qazı əsasən quyulara və anbarlara vurmaq üçün alırıq. Bilirsiniz ki, bizim ambarların tutumu 5 mlrd. kubmetrdən çoxdur, lakin hələlik ora maksimum 3,5 mlrd. kubmetr vurmuşuq”.

Mənbə: Report