SOCAR keçən il müvafiq olaraq, xam neftin satışından 51,1 milyard manat, neft məhsullarının satışından isə 22,2 milyard manat gəlir əldə edib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın gəlirlərində ən böyük artım 25 faizlə təbii qazın satışında qeydə alınıb, bunun da səbəbi “Şahdəniz-2” layihəsində və “Ümid” yatağında hasilatın yüksəlməsidir.

Qeyd edək ki, 2019-cu ildə SOCAR-ın ümumi dövriyyəsi (gəlirləri) 83,8 milyard manat olub.