14841259665872650749_1000x669

Çexiyanın “Şkoda Auto” nəhəng avtomobil zavodu ötən il rekord miqdarda – 1 milyon 127700 ədəd avtomobil satıb. Bu, satışın 6,8 faiz çoxalmasıdır. Beləliklə, müəssisə ardıcıl olaraq üçüncü ildir ki, sabit şəkildə milyonluq həddi keçir. Dekabr ayında satış həcmi təxminən 91500 avtomobil çoxalıb ki, bu, “Şkoda”nın tarixində ən yaxşı dekabr nəticəsidir. Yerli KİV-lər avtomobil zavodunun mətbuat bölməsinə istinadla xəbər verir ki, “Şkoda Auto” 2017-ci ilin birinci rübündə “Kodiaq” və “Octavie” modellərinə üstünlük verəcək, habelə digər yeni növləri təqdim edəcək.

Keçən il avtomobilin satış həcmi Qərbi Avropada 5,7 faiz artaraq 455200, Almaniyada 4,1 faiz artaraq 165200, Mərkəzi Avropada 6,8 faiz artaraq 183800, Rusiyaya tədarük 0,7 faiz artaraq 55400 avtomobil təşkil edib.

azərtac