Sinqapurda “Samsung” mağazalarından biri şirkətin yeni smartfonu – “Galaxy S8”in təqdimatından bir gün öncə yanıb.

 

İKT.lent.az-ın “9to5google” saytına istinadən verdiyi məlumata görə, yanğın səhər tezdən, mağaza hələ açılmamış başlayıb. Yanğını avtomatik yanğınsöndürmə sistemi vasitəsilə tez bir müddətdə söndürmək mümkün olub. Heç kim zərər çəkməyib.

 

“9to5google” portalı “Galaxy Note 7” smartfonları ilıə bağlı əhvalata əsaslanaraq yanğının satış məntəqələrinə çatdırılmış yeni smartfondan qaynaqlana biləcəyini ehtimal edib.

 

Xatırladaq ki, “Samsung Galaxy S8” smartfonu bu gün Nyu Yorkda rəsmən təqdim ediləcək. İnsayderlərin məlumatına görə, smartfon 5,8 və 6,2 ekran ölçülüdür. Cihazın qiyməti 799 avrodan başlayır.