ABŞ-ın patent və ticarət markaları üzrə Bürosu “Samsung” şirkətinin alkotester funksiyalı smartfon istehsalı üzrə müraciətini təsdiqləyib.

İKT.lent.az-ın “Patantly Apple” resursuna istinadən verdiyi məlumata görə, müraciətdə “Note” seriyasından olan smartfonların malik olduğu “S Pen” stilusuna sahib cihaz təsvir edilir. Lakin stilus modelinin əks tərəfi də var və orada mikrofon rolunu da oynayan qaz analizatoru quraşdırılıb. İllüstrasiyaya əsasən sensor danışıq zamanı cihaz sahibinin sərxoşluq dərəcəsini müəyyən edə bilir.

Patently Apple” qeyd edir ki, alkotesterli smartfon bazarda çoxlarını maraqlandıracaq. Çünki alkoqol dərəcəsini ölçən bu cür sensorun olması sürücünü sərxoş vəziyyətdə avtomobil idarə etməkdən və polis tərəfindən cərimələnməkdən xilas edə bilər. Bundan başqa, sensorun funksiyaları genişləndirə də bilər və qurğunun insan nəfəsini daha ətraflı təhlil edə bilməsi mümkündür.

“Samsung”un bu cür smartfonu nə vaxt buraxacağı məlum deyil. O da mümkündür ki, bu ideya heç həyata keçirilməsin.