Azərbaycanda startapların maliyyə resurslarına çıxış imkanları genişləndirilib.

AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycan İnnovasiya Mərkəzinin açılışında çıxışı zamanı deyib.

“Belə ki, “Caucasus Ventures” vençur kapital fondunun təsis edilməsi bu sahədə müstəsna rol oynayıb. Fond indiyədək 19 startapa 1,5 milyon dollar dəyərində investisiya edib. Son bir il ərzində Azərbaycan startapları 2,2 milyon dollar investisiya cəlb edə biliblər”, – deyə nazir müavini əlavə edib.