Səudiyyə Ərəbistanı ilə Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) qlobal neft bazarında tarazlığı yaradaraq qiymətlərdə sabitliyin təmin ediləcəyi barədə həmfikirdirlər.

AZƏRTAC “bloomberght.com”a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falih və OPEC-in baş katibi Məhəmməd Barkindo Zəhra şəhərində görüşərək neft bazarındakı sabitliyin təmin olunmasında OPEC-in rolunu müzakirə ediblər.

Səudiyyə Ərəbistanının neft nəqlində etibarlılığı təmin edərək, Neft İxrac edən Ölkələr Təşkilatı vasitəsilə artan qlobal tələbin ödəməyə çalışdığını deyən Xalid əl-Falih ölkəsi ilə OPEC-in qlobal neft bazarında tarazlığı yaradaraq qiymətlərdə sabitliyi təmin edilməsi mövzusunda həmfikir olduğunu bildirib.