Səudiyyə Ərəbistanında ötən ay neft hasilatı gündəlik 11,06 milyon barelə çatdırılaraq tarixi rekorda nail olunub.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (İEA) dekabr ayı üzrə hesabatında qeyd olunub. Həmçinin bu göstəricinin OPEC ölkələri arasında ən yüksək olduğu da göstərilib.

“OPEC çərçivəsində hasilatın artırılmasına dair razılaşmalar həyata keçirilərkən Səudiyyə Ərəbistanı noyabr ayında ən yüksək artım əldə edərək gündəlik hasilatı 410 min barel artırmaqla tarixi rekord olan 11,06 milyon barelə çatdırıb”, – sənəddə vurğulanıb.