2023-cü ildə Rusiyanın xarici ticarət balansı (saldo) 2022-ci ilin səviyyəsi ilə müqayisədə 58,5% azalaraq 140 milyard dollar təşkil edib.
Marja.az Rusiya Federal Gömrük Xidmətinin məlumatına istinadən xəbər verir ki, Rusiyadan mal ixracı 2023-cü ildə 28,3% azalaraq 425,1 milyard dollar təşkil edib.
İdxal isə 11,7% artaraq 285,1 milyard dollar olub.
Rusiya Federasiyasının xarici ticarətinin həcmi 2023-cü ildə 16,2% azalaraq 2022-ci ildəki 847,8 milyard dollarla müqayisədə 710,2 milyard dollar təşkil edib.