2024-cü ilin ilk dörd ayında “Bloomberg Billionaires Index”ə (BBI) daxil olan 26 rusiyalı milyarderin ümumi sərvəti 14.895 milyard dollar artıb. Ən zəngin rusiyalılar siyahısına Vladimir Potanin, Vahid Ələkbərov və Vladimir Lisin başçılıq edir.

Vladimir Potanin (“Norilsk Nikel”) 31.3 milyard dollar sərvətlə lider mövqeyini qoruyub, ikinci yeri hər biri 27.4 milyard dollarlıq sərvətlə Vahid Ələkbərov (“Lukoil”) və Vladimir Lisin (NLMK) bölüşdürüb.

BBI milyarderlərə məxsus şirkətlərin səhm qiyməti əsasında hesablanır. Bir sıra şirkətlər üçün hesablama kapitallaşmanın EBITDA-ya və ya səhm qiymətinin səhm üzrə mənfəətə nisbəti əsasında aparılır.