Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində 700 milyon dollar azalıb.
Sentyabrın 15-dən 22-nə kimi olan həftə ərzində Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi 700 milyon dollar azalaraq 576 milyard dollara düşüb.
Marja.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının açıqlamasında bildirilir.
“Beynəlxalq ehtiyatların həcmi sentyabrın 22-nə Rusiya Mərkəzi Bankının xarici valyuta satışı üzrə əməliyyatları nəticəsində bir həftə ərzində 0,7 milyard dollar və ya 0,1% azalaraq 576 milyard dollar təşkil edib”, – hesabatda deyilir.
Bir həftə əvvəl Rusiya Mərkəzi Bankı bildirmişdi ki, sentyabrın 15-nə ölkənin ehtiyatları 100 milyon dollar artaraq 576,7 milyard təşkil edib.
TCMB ehtiyatları son 6 ayın ən yüksək səviyyəsindədir
Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) ehtiyatlarında artım tempi ötən həftə də davam edib.
TCMB məlumatlarına görə, 22 sentyabr həftəsində ümumi ehtiyatlar əvvəlki həftə ilə müqayisədə 4 milyard dollar artaraq 125,5 milyard dollara çatıb. Beləliklə, martın 17-dən etibarən ehtiyatlarda ən yüksək səviyyə qeydə alınıb.
Martın 17-si həftəsində Səudiyyə Ərəbistanından cəlb edilən depozitlər və qızılın bahalaşması ehtiyatlara təsir göstərmiş və 126,9 milyard dollara yüksəlmişdi.