Bu ilin ilk 9 ayında Rusiyada kapital axını 31,9 milyard dollar təşkil edib.

FED.az Rusiya Bankına istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıqdır (ötən ilin ilk 9 ayında kapital axını 13,7 milyard dollar olmuşdu). Bu ilin 3-cü rübündə kapital axını 19,2 milyard dollar təşkil edib ki, bu da ötən ilin 3-cü rübünün göstəricisi (0,4 milyard dollar) ilə müqayisədə 48 dəfə artıqdır.

Xatırladaq ki, bu ilin 2-ci rübündə Rusiyaya 3,7 milyard dollar kapital gəlmişdi.  Bu ilin ilk 9 ayında ölkənin cari əməliyyatlar profisiti möhkəmlənib. İlk 9 ayda bu göstərici 75,8 milyard dollar olub, ötən ilin eyni dövründə isə profisit 19,7 milyard dollar idi.