Rusiyalı iş adamı German Sterliqov kriptovalyuta ticarətinə başlayaraq ölkəsində bitkoinin ilk rəsmi mağazasını açır.
AZƏRTAC “life.ru”ya istinadla xəbər verir ki, iş adamı sosial şəbəkələrdə rəsmi qrup açaraq nağd və nağdsız pullar üçün bitkoinin açıq satışı ilə məşğul olmaq qərarına gəlib. Onun sözlərinə görə, bitkoinlə əməliyyatlar Rusiyanın mövcud qanunvericiliyi ilə nizama salınmayıb və qadağan deyil.
“Bizim bahalı mağaza zəngin müştərilər üçündür. Bazarlığın minimal məbləği 60 milyon rubldur”, – deyə G.Sterliqov vurğulayıb.