Kreditplaza.az saytı TASS xəbər agentliyinə istinadən xəbər verir ki, Rosfinmonitorinq-in baş direktorunun müavini Pavel Livadnıy bildirdiyinə görə Rusiya iqtisadiyyatı kriptovalyutaların nəzarətsiz dövriyyəsi üzündən çökə bilər.
Livadnıy deyib ki, “real dəyərləri təsdiqlənməyən, həcmi tənzimlənməyən ümumi ekvivalentlərin iqtisadiyyata buraxılmasını, milli suverenliyə qarşı meydan oxumaq kimi baxmaq olar”.
Məmurun fikrincə Rusiya Bankı və Maliyyə Nazirliyi virtual valyuta bazarı üzrə nəzarət vəzifəsini üzərinə götürməlidirlər. Kriptovalyuta “anlaşılmaz subyektlərlə emitentləşir” ki, buda dövlətə ənənəvi valyutada olduğu kimi inflyasiyaya və ödəmə balansına təsir göstərməyə imkan vermir.
Xatırladaq ki, bundan əvvəl məlum olub ki, Rusiya hüquqlu və vəzifəli emitenti olan öz kriptovalyutasını buraxacaq.