2020-ci ildə Rusiya və Çin 107,8 milyard ABŞ dolları məbləğində ticarət əməliyyat aparıb.

“Report” xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.

Məlumata görə, bu, 2019-cu illə müqayisədə 2,7% azdır.

Ötən il Rusiyadan Çinə ixracın dəyəri 6,6% azalaraq 57,2 milyard dollara düşüb, Çindən Rusiyaya ixracın dəyəri isə 1,7% artaraq 50,6 milyard dollara çatıb.

Xatırladaq ki, iki ölkənin ticarət dövriyyəsinin dəyəri 2016-cı ildə 2,2% artaraq 69,5 milyard dollar, 2017-ci ildə 20,8% artaraq 84,1 milyard dollar, 2018-ci ildə 27,1% artaraq 107 milyard dollar, 2019-cu ildə isə 3,4% artaraq 110,75 milyard dollar təşkil edib.