Rusiyada Dolların məzənnəsi noyabrın 13-dən bəri ilk dəfə 91 rubla çatıb.

“Pervaya Management Company”nin portfel meneceri Sofiya Kirsanova deyir ki, rublun zəifləməsinin əsas səbəbləri neft bazarında zəif dinamika və vergi dövrünün başa çatmasıdır.

“Həmçinin ilin sonu ənənəvi olaraq turistlər və idxalçılar tərəfindən valyutaya tələbatın artması səbəbindən milli valyuta üçün ən yaxşı vaxt hesab edilmir”, – o deyib.