Renault koronavirusun yaratdığı ziyanın ardından dövlətin dəstəyi ilə 5 milyard avro kredit aldı.

Fransanın avtomobil istehsalçısı Renault SA, koronavirus pandemiyasının mənfi təsirlərini aradan qaldırmağa kömək olması üçün dövlətin dəstəyi ilə 5 milyard avro (5.6 milyard dollar) məbləğində kredit alıb.

Marja xəbər verir ki, 12 ay müddətli bu kredit lazım olarsa əlavə üç il uzadıla bilər.

Şirkət açıqlamasında, bu kreditin “daha əvvəl bənzəri görünəmiş böhran” çərçivəsində qrupun likvidlik ehtiyaclarının qarşılanmasına kömək olması üçün cəlb edildiyini qeyd edib.