“Qualcomm” məlumatları emal edən prosessor istehsalı ilə məşğul olan “Nuvia” startapını 1.4 milyard dollara satın aldığını elan edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Şirkət “Nuvia” prosessorlarını öz məhsullarına inteqrasiya etmək niyyətindədir. Mütəxəssislərin fikrincə, bu addım Qualcomm Snapdragon platformasının liderliyini daha da gücləndirəcək.

“Nuvia”nın qurucuları Gerard Williams III, Manu Gulati və John Bruno digər əməkdaşlarla birlikdə “Qualcomm”a qatılacaqlar. Qeyd edildiyi kimi, satınalma “Microsoft”, “Google”, “Samsung”, “Acer”, “ASUS”, “HP”, “Lenovo”, “Xiaomi” və digər şirkətlərin nümayəndələri tərəfindən dəstəklənib.

“Nuvia” şirkəti “Qualcomm”un rəqibi “NVIDIA”nın istehsal etdiyi Arm əsaslı nüvəyə sahibdir. Satınalma şirkətə Arm prosessorlarının istifadəsindən tamamilə imtina etməyə imkan verəcək.

Xatırladaq ki, “Nuvia” 2019-cu ilin fevralında “Apple”ın keçmiş üç rəhbəri tərəfindən qurulub və əsasən iPhone üçün çiplərin istehsalı ilə məşğul olub. Hal-hazırda startap Phoenix adlı prosessor üzərində çalışır. 2020-ci ilin sentyabr ayında “Nuvia” 240 milyon dollar investisiya cəlb edib.

2020-ci ilin yanvarında “Apple” keçmiş əməkdaşını intellektual mülkiyyət müqaviləsini pozmaqda və şirkətə sadiq qalmaq öhdəliyini pozmaqda günahlandırıb. Fevral ayında Williams cavab olaraq “Apple”a qarşı iddia qaldırıb.

Qeyd edək ki, “Qualcomm”un tarixində də “Apple” ilə bir sıra məhkəmə qalmaqalları olub. Məsələn, şirkətlər 27 milyard dollarlıq kompensasiyanın ödənilməsini nəzərdə tutan ikiillik mübahisəni 2019-ci ildə həll etdilər