Koronavirus epidemiyasına dair narahatlıqlar “etibarlı liman” xüsusiyyətindəki aktivlərə tələbi artırır.

 

Marja xəbər verir ki, qızılın unsiyasının qiyməti yenidən 1600 dollar səviyyəsini keçib.

 

Bakı vaxtı ilə saat 12:50-də qızılın unsiyası 0,4% bahalaşma ilə 1608 dollardan alıcı tapıb.

 

Qızılın unsiyasının qiyməti Yanvar ayının əvvəlində geosiyasi gərginliklərin artması ilə əlaqədar 1611.42 dollara qədər qalxaraq 2013-dən bu yana ən yüksək səviyyəsini görmüşdü.

 

Palladiumun unsiyasının qiyməti 2700 dolları aşaraq rekord qırıb.