Qızılın qiyməti, ABŞ iqtisadiyyatının və pul siyasətinin gələcəyi ilə bağlı ipucları verəcək məşğulluq və əməkhaqqı məlumatlarından əvvəl yüksəlib.
Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:00-da qızıl 0,2% bahalaşma ilə 2661 dollardan ticarət olunub.
Qızıl bu il təxminən 30 faiz bahalaşıb. Qiymətli metal, FED tərəfindən faizlərin azaldılması nikbinliyi ilə yanaşı, güclü mərkəzi bank alışları və “təhlükəsiz liman” tələbi ilə də dəstəklənib.
Sentyabrın 26-da XAU/USD bir unsiya üçün rekord səviyyəyə qalxaraq 2685,42 dolları görüb. Qızılın bahalaşmasına ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) faiz dərəcələrini endirməsi, geosiyasi gərginliyin artması, mərkəzi bankların və Çində fiziki alışıların təkan verib.
Sentyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq məlumatı məyusedici olarsa, qızılı daha da bahalaşmaq potensialına malikdir. Sentyabrda ABŞ-də kənd təsərrüfatı sektoru xaric məşğulluğun 147 min artdığı proqnozlaşdırılır. Avqustda artım 142 min olmuşdu. Ölkədə işsizlik nisbətinin dəyişməyərək 4.2%-də qaldığı nəzərdə tutulur. Məlumatlar Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaqdır.
Kənd təsərrüfatı sektoru xaric məşğulluq əvvəlki ay ərzində məşğul olan insanların sayındakı dəyişikliyi ölçür. İş yerlərinin yaradılması istehlak xərclərinin aparıcı göstəricisidir və iqtisadi fəaliyyətin canlandığına işarədir.
Gözləniləndən yüksək göstərici USD üçün müsbət/buğa, gözləniləndən aşağı göstərici isə USD üçün mənfi/ayı kimi qəbul edilir.