İsrail və qara kürü? Qəribə səslənir? Amma hazırda Avropa ölkələrinə, ABŞ-a və hətta dünya üzrə nərə balıqlarının mərkəzi sayılan Rusiyaya belə İsrail şirkətləri nərə kürüsü satır.

qara kürü, caviar, Черная икра,

Fins.az-ın rus mətbuatına istinadən məlumatına görə, İsrail hövzələrində 70 mindən artıq nərə balığı yetişdirilir. Balıqların əksəriyyəti 12 yaş ətrafındadırlar. Hər balıq orta hesabla 2,5-3 kiloqram kürü gətirir. İsraildə yetişdirilən bu balıqlar Həştərxan və Xəzər dənizindən gətiriliblər.

qara kürü, caviar, Черная икра,

Kürü biznes layihəsinə ümumilikdə 40 milyon şekel (təqribən 10,4 milyon dollar) investisiya qoyulub. BU bazarı olduqca gəlirli hesab etmək olar. Belə ki, son 2 il ərzində israil kürüsünün ixrac həcmi 10 dəfəyədək artıb. Orta hesabla, son 10 il ərzindəki yatırımların 1/3-i qədər.

qara kürü, caviar, Черная икра,

İsrailin əsas kürü istehsalı şirkəti olan “Caviar Galilee” kürüsünü ilk dəfə 2010-cu ildə ixrac etməyə başladı və bir ilə 15 milyon şekel (təqribən 3,9 milyon dollar) gəlir götürdü.

qara kürü, caviar, Черная икра,

İsrail Xəzər dənizinə çıxışı olmayıb, dünyaya nərə balığı və qara kürü ixrac edən yeganə ölkədir.

qara kürü, caviar, Черная икра,

Alimlər təəccüblə bildirirlər ki, Xəzər dənizinin nərə balıqları yalnız 13-15 yaşlarından kürü tökməyə başlayır. Demək ki, İsrailin iqlimi, həmçinin istifadə olunan bəzi texnologiyalar (hansıları ki, açıqlamırlar), bu müddəti 3-4 il azaldıb.

qara kürü, caviar, Черная икра,

Qara kürünün əsas istehsalçıları Rusiya və İrandır. Xəzər dənizinin əsas brakonyerləri isə rusiyalılar və çox təəssüf ki, azərbaycanlılardır. Kürü istehsalının 10%-i isə Cənub-qərbi Fransanın payına düşür. İranda brakonyerliyə görə ağır cəzalar tətbiq olunur.

Xəzər dənizi sahillərində yerləşməsinə baxmayaraq, nərəkimilər Türkmənistan sahillərinə demək olar ki, gedib çıxmır.

qara kürü, caviar, Черная икра,

Son 15 ildə Xəzər dənizindəki nərəkimilərin sayı 40 dəfə azalıb. Ekoloji fəlakət nəticəsində qara kürünün dünya bazarındakı qiyməti 500 dollardan 5 min dollara qalxıb. Qiymətlərin sürətli artımına əsas səbəb – Xəzər dənizi hövzəsində nərəkimilərin ovuna qoyulan qadağadır. Nəzərinizə çatdıraq ki, dünya üzrə kürü istesalının 90%-i Xəzər hövzəsinə aiddir. 1 avqust 2007-ci ildən etibarən Rusiyada 10 il müddətinə kürü istehsalı və satışı qadağan edilib.

qara kürü, caviar, Черная икра,

Qara kürü 6 rəng çalarında olur. Fotoda gördüyünüz kürü israil kürüsüdür – dənəvər, bronz çalarlı – planetin ən yaxşı kürülərindən hesab olunur.

qara kürü, caviar, Черная икра,

İsraildə nərə balığına tələbat demək olar ki yoxdur. Nərə balığının pulcuqları olmadığından, İslamda olduğu kimi, iudaizmdə də haram qida hesab olunur.

Qara kürünün qablaşdırılması

qara kürü, caviar, Черная икра,

Dünyaca məşhur şef-aşpazlar Bankokun zəngin biznesmenlər üçün kürüdən eksklyüziv naharlar hazırlayırlar.

qara kürü, caviar, Черная икра,