İyun ayının 14-də “qara bazar”da dollar bahalaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən səhər saatlarında dolların alışı 1.6800 manatdan 1.6900 manata, satışı isə 1.6900 manatdan 1.7000 manata yüksəlib.
“Qara bazar”dan verilən məlumata görə, buna ötən gün keçirilən valyuta hərracında dolların bahalaşması səbəb olub.
Dollardan fərqli olaraq, avro “qara bazar” ucuzlaşıb. Belə ki, Avropa valyutasının alışı 1.8900 manatdan 1.8700 manata, satışı isə 1.9000 manatdan 1.8900 manata düşüb.