May ayının 26-da “qara bazar”da dolların məzənnəsi dəyişməyib. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən səhər saatlarında dolların alışı 1.6950 manat, satışı isə 1.7050 manat olaraq qalıb.
Avronun “qara bazar”da satış məzənnəsi dəyişməsə də, alış məzənnəsi artıb. Belə ki, Avropa valyutasının alışı 1.88 manatdan 1.89 manata kimi bahalaşıb, satışı isə 1.90 manat olaraq qalıb.