Futbol üzrə dünya çempionatının keçirilməsi üçün Qətərin xərclədiyi məbləğ bəlli olub.

“Report” “The Sun” nəşrinə istinadən xəbər verir ki, bu barədə yarışın kommunikasiya direktoru Fatma Əl-Nuaymi açıqlamasında bildirib.

Onun sözlərinə görə, mundial üçün 208 milyon avro xərclənib.

Fatma Əl-Nuaymi bu məbləğin Qətər üçün milli inkişaf və modernləşmə strategiyasının bir hissəsi olduğunu söyləyib: “Yeni yollar, metro, hava limanı, otellər, digər turizm obyektləri, milli komandaların və azarkeşlərin faydalanacağı nəhəng infrastruktur layihələrinin əksəriyyəti DÇ-2022-yə ev sahibiliyi hüququnu əldə etməmişdən əvvəl planlaşdırılıb”.

Qeyd edək ki, DÇ-2022 20 noyabr – 18 dekabrda gerçəkləşəcək.