Kreditplaza.az saytı Jakarta Globe dərgisinə istinadən xəbər verir ki, İndoneziya polisi Pokemon Go oynamaqla İndoneziyanın Çirebon şəhərində olan hərbi bazasına qanunsuz daxil olan  27 yaşlı fransız Romen Pyeri saxlayıb.

Gənc fransız , işlə  bağlı Cakartaya  gəlib, axşamüstü idman qaçışını edib və bu məqamda smartfonun əlavəsi bu rayonda pokemon aşkarlanması barədə məlumat verib. Fransız hasarın üzərindən tullanıb və hərbi kompleksin ərazisinə daxil olub.

Fransızı bir neçə saat sonra buraxıblar: hüquq-mühafizə orqanlarında belə hesab ediblər ki, onun hərəkətləri qərəzsiz xarakter daşıyırdı.

iOS və Android bazasında qadjetlər üçün reallıq elementləri ilə tamamlanmış Pokemon Go oyunu bu ilin  6 iyulda istifadəyə verilib. Oyunçular smartfonları ilə şəhəri gəzir, pokemon axtarırlar və onları virtual pokebol ilə tuturlar. Yaxalanan personajları təlim etdirmək, sonra isə digər oyunçularla döyüşməyə  çalışdırmaq olar.