Fransanın “PSA Group” (“Peugeot-Citroen”) avtomobil konserninin qlobal avtomobil satışları 2020-ci ildə illik ifadədə 27,8% azalaraq 2,512 mln. vahid təşkil edib.

APA-Economics”in məlumatına görə, bu barədə şirkətin heaabatında deyilir.

Hesabat ilində “Peugeot” brendinin satışları 23% azalaraq 1,112 mln. avtomobil təşkil edib. “Citroen” brendi üzrə azalma 27,5% (717,19 min avtomobil), “Opel”/”Vauxhall” üzrə azalma 35% (632,69 min avtomobil), DS üzrə isə 29,5% olub (43,69 min avtomobil).

Region üzrə ən böyük azalma Avropada qeydə alınıb – 29,7% (2,123 mln. avtomobil). Latın Amerikasında da azalma 29,7% təşkil edib (95,36 min avtomobil). Çində ötən il 45,97 min avtomobil realizə edilib ki, bu da əvvəlki illə müqayisədə 57,7% azdır. Hindistan, Asiya və Sakit oket regionunda “PSA Group”un satışları 6,6% azalaraq 32,75 min avyomobil təşkil edib. Yaxın Şərq və Afrika regionunda bu göstərici 20% artaraq 197,12 minə çatıb.

Xatırladaq ki, PSA (əvvəlki adı “PSA Peugeot-Citroen”) Avropanın ikinci ən böyük minik avtomobil istehsalçısıdır (lider “Volkswagen AG” – red.). Konsern 1976-cı ildə “Peugeot” şirkətinin “Citroen”in 90% səhmini alınması vasitəsilə yaradılıb.