Dövlət Sosial Müdafiə Fondu (DSMF) dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb. Fins.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Fondun sədri Elman Mehdiyev Qəbələdə keçirilən vətəndaşların qəbulu zamanı bildirib. Onun sözlərinə görə, DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonları üzrə dekabr ayının 7-si, respublikanın digər rayon və şəhərləri üzrə isə dekabr ayının 15-i tarixində tam yekunlaşıb. “Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına qədər bütün pensiyaçılar qabaqcadan öz pensiyalarını ala biləcəklər”.
İQTİSADİYYAT XƏBƏRLƏRİ
Pensiyalar vaxtından əvvəl veriləcək
Tarix: 16.12.15 [12:23]
Oxunub: 78