“PayPal” 2 min işçisini və ya ştatın 7%-ni ixtisar etmək planlaşdırdığını açıqlayıb. Şirkətin prezidenti və CEO-su Den Şulman bu ixtisarların gələcək həftələrdə baş verəcəyini, bəzi şöbələrin digərlərindən daha çox təsirlənəcəyini deyib.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Şulmanın sözlərinə görə, “PayPal” “mürəkkəb makroiqtisadi şəraitdə” problemləri həll etməyə çalışır. O yazır ki, şirkət resursları prioritet sahələrə yönəltməklə və xərclərini tənzimləməklə artıq irəliləyiş əldə edib. Şulman əlavə edib ki, görüləcək hələ çox iş var.

Şirkət fevralın 9-da dördüncü rübün mənfəəti haqqında hesabat verməyi planlaşdırır. “PayPal”ın səhmləri 31 yanvar çərşənbə axşamı günü 1.85% artıb. Analitiklərin hesablamalarına görə, 2022-ci ildə “PayPal”ın onlayn platformalarında həcmi 1.4 trilyon dollara yüksəlib.

Daha əvvəl “Google” 12 mindən çox, “Microsoft” 10 mindən çox, “Amazon” isə 18 mindən çox işçini ixtisar etmişdi. Texnologiya şirkətlərindən başqa “Goldman Sachs”, “Spotify”, “Salesforce”, “Wayfair” və başqaları dah kütləvi ixtisarlar edib.