ABŞ-da koronavirus pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlər 39 milyona yaxın insanı işsiz qoyub.

Bu barədə “Associated Press” məlumat yayıb.

Ölkədə son həftədə 2,4 milyon insan işsizlik müavinəti üçün müraciət edib. Ümumilikdə, müavinət üçün müraciət edən işsizlərin sayı 38,6 milyona çatıb.

Bununla yanaşı, son yeddi həftə ərzində təqdim olunan müraciətlərin sayında azalma müşahidə olunsa da, yenə də böhrandan əvvəlki dövrdəki analoji göstəricidən on dəfə çoxdur.