Pakistan Dövlət Bankı (SBP) bu gün Beynəlxalq Valyuta Fondundan (BVF) 1,1 milyard dollar məbləğində üç tranşın sonuncunun alındığını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə “The Express Tribune” qəzeti Banka istinadən bildirib.

Məlumata əsasən, aprelin 29-da BVF-nin İcraiyyə Şurası Pakistanın 3 milyard dollar məbləğində ehtiyat sazişinin şərtlərinə uyğunluğunun ikinci və yekun yoxlanışından sonra qalan vəsaitin ayrılmasını təsdiqləyib.

Qeyd olunub, İslamabad artıq fondla yeni ortamüddətli müqavilədə maraqlı olduğunu bildirib və bu müqavilə çərçivəasində maliyyə sisteminin qalan çatışmazlıqlarını aradan qaldırmaq və milli iqtisadiyyatın xarici amillərə qarşı dayanıqlığını artırmaq üçün vəsait alacağına ümid edir.