Bu sahibkarlar interneti öz məqsədlərinə çatmaq üçün bir alət kimi istifadə edib onu ideyalarını satmaq üçün ticarət meydançasına çevirdilər.

Bu cür biznesdə ilkin kapital qoyuluşu olduqca azdır, amma əhatə dairəsi çox genişdir. Bəziləri üçün onların uğuru gözlənilməz oldu. Bəziləri üçün bu planlaşdırmanın, hesablamanın və agır əməyin nəticəsi oldu. Amma bütün hallarda nəticə möhtəşəm oldu.
Kreditplaza.az saytı xarici mənbələrdə dərc olunmuş, öz sərvətlərini demək olar ki, havadan qazanan və indi krallar kimi yaşayan  10 internet milyonerinin siyahısını təqdim edir.

10.Metyu Mullenveng, WordPress-in yaradıcısı sərvəti – $ 40 mln.

2005-ci ilin avqustunda Mullenveng şəxsi Automattic adlı şirkətini yaradır. Məhz burda o, öz platforması olan WordPress-i  və spam-filtr olan Akismet, avatar yaratmaq üçün universal servis Gravatar və digər kompyuter  yeniliklərini yaradır.

Bununla belə onu məşhur edən məhz şəxsi materialları dərc etmək üçün, müasir semantik WordPress platforması olur. Daxili mövzu və plaginləri olan bu platformada demək olar ki, istənilən layihələrin quraşdırılması mümkündür.
Sadə dillə desək WordPress –vizual tərtibat üçün  minlərlə pulsuz hazır şablonlar və üstəgəl külli miqdarda modullar: bütün bunlardan istifadə etməklə  istənilən adam , hətta çox bilgilərə sahib olmayan istifadəçi belə müstəqil  şəkildə sayt yarada bilər.
Hal-hazırda internetdə  WordPress platforması əsasında minlərlə sayt fəaliyyət göstərir.

9. Donq Nquyen, Flappy Bird-in yaradıcısı sərvəti – $ 3 mln.

Donq Nquyen – iOS və Android platformaları üzərində  Flappy Bird mobil oyunlarının  29 yaşlı Vyetnam əsilli yaradıcısı.  O bu oyunu cəmi bir neçə gün ərzində yaradıb. Oyun 24 may 2013-cü ildə buraxıldı.

Oyun gözlənilmədən 2014-cü ilin əvvələrindən populyarlıq qazanmağa başladı. Çətin oyun prosesi, plagiat qrafik və oyun mexanikası tənqid atəşinə tutuldu. Digər istifadəçilər hesab edirdilər ki, bu oyun asılılıq yaradır. 2014-cü ilin yanvarında oyun AppStoreden ən çox yüklənən pulsuz oyun oldu. Bu müddət ərzində oyun qurucusu, oyunun içində reklam yerləşdirməkdn günə $50 000 pul qazanırdı.
Flappy Bird oyunun günə $50 000 gəlir gətirməsinə baxmayaraq Donq Nquyen 10 fevral
2014-cü ildə oyunun, oyunçularda asılılıq yaratdığını bildirərək oyunu bağladı. Oyunda oyunçu, ekrana əli ilə təmas edərək quşun uçuşunu, yaşıl rəngli boruların arasından uçurdaraq borulara dəyməməyə çalışır.
Bu oyun sayəsində Donq Nquyen cəmi 60 gün ərzində $3 mln. pul qazandı.

8. Devid Karp, Tumbler platformasının yaradıcısı sərvəti – $ 200 mln

Amerikalı veb-proqramçı və sahibkar, Tumbler bloq platformasının yaradıcısı və baş direktoru.

2015-ci ildə MIT Technology Review TR35 onu 35 yaşında dünyanın ən aparıcı innovatorlarından biri elan etdi.

Hələ 11 yaşında ikən o HTML-i öyrənməyə başladı, əldə etdiyi biliklər əsasında tezliklə o yerli sahibkarlar üçün sayt yaradırdı.
2007-ci ildə Devid Karp şirkətinin 25%-ni investorlara satdı.

7.Nik Denton, Gawker bloqunun yaradıcısı sərvəti – $ 25 mln.

Nik Denton işlədiyi nəşrlərdə baş redaktorların senzuralarından bezib onu maraqlandıran xəbərlər barədə, idman xəbərlərindən tutmuş yeni kitablar haqqında xəbərlərə qədər hər şey barədə rəy bildrmək üçün bloq yaradanda, heç də internetdə qazanc barədə düşünmürdü.

Onda hələ o bilmirdi ki, 10 il sonra onun gawker.com ünvanlı bloqu hansısa $100 deyil, $25 mln.-dan artıq qiymətə olacaq və ona illik  $2,5 mln. glir gətirəcək.
Bloqun ümumi konsepsiyası bundan ibarətdir ki, onun əsas qiyməti – müəllifin şəxsiyyəti və öz təəssüratlarını təqdim etmək imkanıdır. Kommersiya prinsipi isə ondan ibarətdir ki, bloqun əsas özəlliyi keçidlərin sayında deyil, daimi oxucuların sayının gündəlik xəbərlərin axınına olan nisbət həcmindədir ( bu, reklam yerləşdirmək üçün daha düzgün istiqamət götürməyə imkan verir).

6.Kreyq Nyumark, Craigslist-in yaradıcısı sərvəti – $ 400 mln.

Böyük portal,veb-sayt olan Craigslist-in məşhür siması. Hal-hazırda o San-Fransiskoda yaşayır və Craigslist-in üzərində məhsuldar çalışır.

Kreyq Craigslist-də 1995-ci ildən, layihəni işə salandan çalışır və o zamandan portal çox sayda istifadəçi qazanıb.Saytın populyarlığı başadüşüləndir, çünki o özəl bir şəkildə işləyir.
Hal-hazırda Craigslist ABŞ-ın on-layn bazarında xüsusiləşdirilmiş elanlar yerləşdirən aparıcı portaldır.

Burada hər şey var – iş,əmlak,tanışlıq təklifləri, cürbəcür xidmətlər,alqı-satqı, müxtəlif mövzulara aid forumlar və digər bir çox maraqlı və istifadəçilərə yararlı məlumatlar.

5.Piter Til, PayPalın yaradıcısı sərvəti – $ 1,2 mlrd.

Piter Til – məşhur amerikalı sahibkar, investor, milyarder. Onun şəxsi kapitalı (Forbes) təxminən $1,2 mlrd. civarında dəyərləndirilir. 1996-cı ildə Piter Til Thiel Capital Management adlı fond təsis edir, bir müddət sonra isə PayPal şirkətinin həmtəsisçisi olur. Bir müddət sonra Piter şirkəti satır və öz payına görə $55 mln. alır.

Til, PayPalın missiyasını  inflyasiya  nəticəsində valyutaların dəyərindən düşməsindən dünyadakı insanları qorumaq kimi görür.
O və onun tərəfdaşları son onilliklərin ən ugurlu  startaplarının buraxılması və maliyyələşdirilməsində yer alıblar: YouTube, LinkedIn, Slide (görüntülərin paylaşma sistemi), Yelp (istifadəçilərin icmalı və rəyləri), Founders Fund (ugurlu vençur şirkəti), Palantir Technologies (terroristlər və dələduzları izləmə üzrə proqram təminatı), SpaceX (kosmik raketlərin yaradılması), Tesla Motors (əlektrokarlar) və Kiva (mikrokreditlər).

4. Mett Draj və onun “Məruzə”-si sərvəti – $ 90 mln.

Qalmaqallı məşhur amerikalı jurnaist və publisist, siyasi şayiələr və kompromatlar dərc edən “Drajın Məruzəsi (Drudge Report)” internet portalın sahibi.

O özünəməxsus informasiya imperiyasının təməlini, elektron poçt vasitəsi ilə əldə etdiyi şayiələri yaymaqla qoydu. Nəticədə dünya şəbəkəsində “Drajın Məruzəsi” yarandı.Mett Draj  saytın istifadəçilərindən topladığı məlumatları, şübhəli faktlara və ikinci dərəcəli xəbərlərə çevirirdi. Məlumatlar əsasən siyasi xadimlər haqqında olurdu.
Saytın populyarlığı sürətlə artırdı. Drajın özünün dediyinə görə onun xəbərləri 80% həqiqəti əks etdirirdi. Misal üçün Bill Klinton və Monika Levinski haqqında məlumatları “Drajın Məruzəsi”-də, ölkədəki  KİV-dən əvvəl yayımlamışdı.
Amma hər bir halda “Drajın Məruzəsi”-dən olan şayiələrin çoxu  mübahisəli mənbələr, əsaslar və təsdiqlərə söykənir, ona görə də Drajın özü tez-tez şayiələrə təkzib edir.

3.Marcus Persson, Minegraft oyunun yaradıcısı sərvəti – $ 1,3 mlrd.

Perssona, Karl Mannex və Jekob Porserlə  birgə  2010-cu ilin axırlarında yaratdıqları və video-oyunlar buraxmaqla məşğul olan Mojang şirkəti məxsusdur.

Mojang şirkətindn sonra onun əsas şirkəti, 2009-cü ildə texniki domenini buraxdığı vaxt, birinci şəxsin adından “qumluluq” rejimində, sağ qalma elementləri ilə oynanılan və geniş məşhurluq qazanan Mingraft oldu.
Perssonun Minegraft-ı video-oyunlar  sənayesində olduqca əhəmiyyətli bir oyun oldu, bir neçə mükafat aldı və Persson diger məşhur istehsalçı və şirkətlər ilə münasibətlər qurdu.
15 sentyabr 2014-cü ildə Marcus Persson Mojang şirkətini $2,5 mlrd.-a  Microsoft korporasiyasına satdı.

2.Kevin Sistrom, İnstagram-ın yaradıcısı sərvəti – $ 400 mln

Kevin Sistrom – 2010-cü ildə öz layihəsini, istifadəçilərin bir neçə filtr və alətlərin köməyi ilə şəkillərini yükləmək və redaktə etmə imkanı verən İnstagram ilə məşhurlaşan proqramçı və sahibkar.

İlk dəfə İnstagram əlavəsi, Apple şirkətinin qurğularında əlavələr mərkəzində 6 oktyab 2010-cu ildə göründü və tezliklə populyarlıq qazandı.
Tezliklə  yükləmələr gündəlik 1 mln-u ötdü, bu zaman İnstagram-a yeni variantlar yaratmaq, səhvlərin düzəldilməsi və daima əlavələr edilməsi üçün təzə işçilər götürüldü.
Bu günkü gündə İnstagram-ın  aktiv istifadəçilərinin sayı  100 mln-u ötüb. Şirkətin 2012-ci ildə verdiyi xəbərə görə İnstagram-da hər  1 saniyədə  500-dən artıq layk və təxminən 100 rəy yaranır.

İstifadəçinin bu əlavədə keçirdiyi vaxt ay ərzində orta hesabla 270 dəqiqəni ötür.
Bunalar baxmayaraq Kevin indi şirkətin sahibi deyil, əvvəlki kimi şirkətdə çalışır və aktiv istifadəçidir.

1. E.L.Jeyms və onun “Bozun əlli çaları”sərvəti – $ 95 mln.

Britaniyalı yazıçı, 2012-ci ilin ən çox satılan və ən gürültulu,qalmaqallı əsər olan “Bozun əlli çaları” (Fifty Shades of Grey) romanının müəllifi.

Bu romanın ərsəyə gəlməsi də çox maraqlıdır. İlkin olaraq Erika “Vampir saqası”-nın davamı olacaq “Toranlıq” əsərinin qəhrəmanları haqqında yazmaq istəyirdi. İnternetə qoyulmuş roman tez bir zamanda populyarlıq qazandı və bu zaman müəllif onu internetdən silib üzərində daha ciddi işlədi. Beləcə E.L.Jeyms üçcildlik kimi nəzərə aldığı trilogiyanın birinci kitabı olacaq “Bozun əlli çaları” adlı roman ilə qayıtdı.
Sonralar kitab internetdə əsl partlayışa səbəb olanda Erika bunu gözləmədiyini,hətta şoka düşdüyünü etiraf etdi: ən optimist gözləntilər belə yazıçıya populyarlıq qazandıran hadisə ilə müqayisə oluna bilməzdi.
Diqqətəlayiqdir ki, E.L.Jeymsin romanın tənqidçiləri onu aşkar sürətdə  təriflməyiblər, amma bu romana kitab sənayesinin ən yüksək mərtəbəsinə çatmağa mane olmadı.