2023-cü ildə 652 min nəfər Tacikistanı tərk edərək işləmək üçün xaricə gedib ki, bu da 2022-ci illə müqayisədə 16 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Tacikistan Əmək, Miqrasiya və Məşğulluq Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, immiqrantların 627 min nəfəri Rusiyaya, 18 min 418 nəfəri Qazaxıstana, 6 min 568 nəfəri isə digər dövlətlərə işləməyə gedib. Eyni zamanda, həmin dövr ərzində 590 min 710 əmək miqrantı geri qayıdıb ki, bu da 2022-ci illə müqayisədə 7 faiz çoxdur.
2023-cü ilin sonunda Tacikistanda rəsmi qeydiyyatda olan işsizlərin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz azalıb. Ölkədə rəsmi qeydə alınan işsizlik səviyyəsi 1,8 faiz təşkil edib.