Yanvarda Azərbaycana 60 milyon 992 ABŞ dolları dəyərində 5906 avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 36-sı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 5560-ı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 292-si yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 18-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.